AZ EN RU

Əziz Ələkbərli: Naxçıvan Azərbaycanın yeni hədəflərinin reallaşdırılmasında ən öndə gedən bölgələrdən biri olacaq

Biz tarixi torpaqlarımıza qayıdış uğrunda mübarizə aparırıq. Qərbi Azərbaycan torpaqlarına qayıdışla bağlı ilk tədbirimizi də məhz Naxçıvanda keçirmişik. Bunun çox böyük əhəmiyyəti var.

Bu sözləri Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli "Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda dəyirmi masada çıxışı zamanı söyləyib.

Müstəqil Azərbaycanın quruculuğu prosesinin Naxçıvandan başladığını xatırladan Ə.Ələkbərli deyib ki, Naxçıvan Azərbaycanın yeni hədəflərinin həyata keçirilməsində ən öndə gedən bölgələrdən biri olacaq.

Nəşr edilib : 22.02.2024 12:48