AZ EN RU

Əyləncəli idman oyunlarının qalibi məlum olub

Məktəblilərin yay tətili günlərində asudə vaxtlarını səmərəli təşkili məqsədilə  27-28  iyul tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirliklərinin, Atletika Federasiyasının birgə  təşkilatçılığı ilə Naxçıvan şəhər məktəblərinin şagirdləri  arasında əyləncəli idman oyunlarının Naxçıvan şəhər birinciliyi   keçirilib.

 İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən birincilikdə Heydər Əliyev adına tam orta məktəbdən, Naxçıvan şəhər 5,10,16,17,12 nömrəli məktəblərdən və Qarnizon tam orta məktəbindən ümumilikdə 7 komanda iştirak edib. Əyləncəli idman oyunları “TOPS-1”, “MEQA” və “Cəngavərlər döyüşü”  mərhələlərindən ibarət olub.

İki gün davam edən birinciliyin sonunda Qarnizon tam orta məktəbin komandası qalib adını qazanıb. Naxçıvan şəhər 5 nömrəli məktəbin komandası ikinci, Naxçıvan  şəhər 17 nömrəli məktəbin komandası isə üçüncü olub.

Sonda qaliblərə təşkilatçıların diplomları təqdim olunub.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 28.07.2023 16:26