AZ EN RU

"Ev oyunlarımızı Xankəndidə oynamaq da istəyərdik"

MOİK-in baş məşqçisi Qəzənfər Abbasov Xankəndidə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
O, 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: “Oyunun tarixi torpaqlarımızda keçirilməsinə görə Ali Baş Komandanımıza, Ordumuza minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində bu gün buradayıq.
Meydanda əlimizdən gələni etdik. Rəqibin gücü hər kəsə bəllidir. Onları təbrik edirəm. Qurban müəllim də gözəl matça görə mənə təbriklərini çatdırdı. Futbolçular da kimə qarşı oynadığımızı bilirdilər. Gözəl futbol göstərmək niyyətində idik".
Abbasov gələcəkdə Premyer Liqada çıxış edə biləcəklərini də söyləyib: "Ev oyunlarımızı Xankəndində oynamaq da istəyərdik. Bu, mənim üçün də şərəf olar. Matçdan əvvəl yüksək rütbəli şəxslər futbolçularımıza söz verdilər ki, hər şey yaxşı olacaq. Göstərilən qayğı 2-3 qat artacaq”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 21.12.2023 17:52