AZ EN RU

E.T.Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və  5-ci maddəsinin  II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Elxan Tarqulu oğlu Nəcəfova həvalə edilsin.

  3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

ANAR İBRAHİMOV

Naxçıvan şəhəri, 16 oktyabr  2023-cü il

Nəşr edilib : 16.10.2023 20:04