AZ EN RU

Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

    Naxçıvan Şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib.
    Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov qeyd edib ki, bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə, Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bildirilib ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən enerji siyasəti bu gün ölkəmiz və region üçün böyük fayda verir. Ölkə başçısının uğurla həyata keçirdiyi dövlət siyasəti qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərlinin, Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun çıxışlarında qeyd olunub ki,  Ümummilli Lider Heydər Əliyevin Naxçıvana rəhbərliyi dövründə həyata keçirdiyi iqtisadi islahatlar, qeyri-neft sektoru üçün işlənib hazırlanan və həyata keçirilən layihələr məhz “Əsrin müqaviləsi”nə aparan yolda uğurlu olub.  
    Sonda  mövzu ilə əlaqədar videoçarx nümayiş olunub. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 20.09.2023 02:15