AZ EN RU

Əsgərlərə sovqat verilib

26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə  “N” saylı hərbi hissədə hərbiçilərlə görüş keçirilib. Görüşdə milli ordunun formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb. Qeyd edilib ki, Ulu Öndər siyasətinin uğurlu davamı kimi bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında öz yerini alır. Ölkə başçısının müdrik siyasəti, xalq-ordu birliyi, Ordumuzun gücü, qüdrəti hesabına uzun illər işğal altında qalan torpaqlarımız azad edilib. Bu gün həmin torpaqlarda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.

Ordubad Rayon İcra Hakimiyyəti tərəfindən rayonun meyvə bağlarından tədarük olunmuş ərik, alma, gilənar, gilas, almaxara, kartof və tərəvəzdən ibarət,  ümumi çəkisi 1055 kiloqram  olan meyvə və tərəvəz çeşidləri  Ordubad rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyə təhvil verilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.07.2023 12:04