AZ EN RU

“Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyası yekunlaşıb

     Muxtar respublikanı əhatə edən layihənin məqsədi 7 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazir­liyi tərəfindən start verilən eyni­adlı kitab toplama aksiyasına Naxçıvan gənclərini də cəlb etmək idi. Muxtar respublikanın şəhər və rayonlarından bir çox gənc aksiyaya qoşulub və aksiya müddətində 500-ə yaxın elmi, publisistik, bədii və digər janrlarda kitablar toplanaraq Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.
     Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək aksiyanın keçirilməsində məqsədin  gənc əsgərlərin asudə vaxtının səmərəli təşkil olunması, onlarda mütaliəyə marağın artırılması,  xalqımızın istər müharibə, istərsə də sülh şəraitində birlik təmsil edə biləcəyini hər zaman sübuta yetirmək olduğunu qeyd edib.
    Əlahiddə Ümumqoşun Ordunun zabiti Göyüş Babayev əsgər və zabit heyəti adından minnətdarlıq edərək kitabları təhvil alıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
m­ətbuat xidməti

Nəşr edilib : 01.08.2022 19:17