AZ EN RU

Ermənistanın xarici borcu sürətlə artır

Avrasiya İqtisadi İttifaqında (AİK) xarici borc 2023-cü il oktyabrın 1-nə 119,7 milyard ABŞ dolları və ya 18% azalıb.
AİK-in məlumatına görə, 2022-ci ilin eyni tarixi ilə müqayisədə Belarusda (11,7 faiz) və Rusiyada (26,8 faiz) ümumi xarici borc azalıb.
Ermənistan, Qazaxıstan və Qırğızıstanda borc artıb (müvafiq olaraq 9,5%, 0,8% və 8,2%).
Bundan əvvəl Ermənistan KİV-i 2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcunun təxminən 11 milyard 352 milyon dollar təşkil etdiyini yazmışdı.

Nəşr edilib : 30.01.2024 21:48