AZ EN RU

Ermənistanın baş naziri: KTMT-dən çıxmaq növbəti addımımız olacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq Ermənistan hakimiyyətinin növbəti addımı olacaq.

"Şərq qapısı" TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Növbəti məntiqi addım KTMT-dən çıxmaq olacaq. Bununla bağlı bir ay, bir il və ya üç ildən sonra qərar verəcəyik”, - o deyib.

Nəşr edilib : 13.06.2024 14:17