AZ EN RU

Ermənistanın anormal konstitusiyası davamlı sülh üçün təhlükədir

Heç  bir zaman özünün müstəqil dövlət quruluşu və  normal inkişaf  vektoru olmamış  ermənilərin  əsl  faciəsi SSRİ-nin dağılma ərəfəsində  1990-cı  ildə qəbul  etdikləri müstəqillik bəyannaməsində  qonşularına  qarşı  irəli sürdükləri əsassız ərazi iddiaları ilə başlamışdır. Ermənilər üçün bugünkü  acınacaqlı vəziyyətin  yaranmasına  gətirib  çıxarmış  və  qardaş  Türkiyənin az  qala  Ermənistan  boyda  olan   Ağrı  dağına  və ətraf  vilayətlərinə   qarşı,   həmçinin Ermənistan SSR və Dağlıq Qarabağın birləşməsini nəzərdə  tutan    həmin həyasız  torpaq iddiaları məğlub ölkədəki qanunvericilik  səviyyəsində  bu  gün də   davam  etdikcə  bütün bölgədə  davamlı  sülhün  bərqərar olması sual   altına  alınır.  Məhz  buna  görə də Prezident cənab İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində dediyi  “Əgər bizə qarşı ərazi iddialarına son qoyulmazsa, əgər Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, təbii ki, sülh müqaviləsi olmayacaq”,- fikirləri bu  ölkənin sülhdən nə  qədər  uzaq  olmasını  bir daha  göstərir.  Qeyd edək ki,  dövlət başçımız  dünənki çıxışı zamanı  məhz  bu səbəbdən qarşıdakı  dövr  üçün  müzəffər  Ordumuzun  daha  da  gücləndirilməsinin əsas vəzifə  olduğunu   bir  daha  vurğulamışdı. 

Əli Cabbarov

Nəşr edilib : 15.02.2024 15:53