AZ EN RU

Ermənistanda vəkillər Aİ-nin nümayəndəliyi qarşısında etiraz aksiyası keçirib

Ermənistanda vəkillər və hüquq müdafiəçiləri Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar peşə vəzifələrini yerinə yetirərkən zorakılığa məruz qaldıqlarını bildiriblər.

Buna etiraz olaraq hazırlanan və yüzlərlə şəxsin imzaladığı müraciət Aİ-nin nümayəndəliyinə təqdim olunub.

Qeyd edək ki, iyunun 12-də polislər vəzifə səlahiyyətlərini icra edən vəkili döyüblər.

Nəşr edilib : 16.06.2023 14:24