AZ EN RU

Ermənistanda əsir saxlanılan azərbaycanlı əsgər 20 il müddətinə azadlıqdan məhrum edilib

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

"Sputnik Armenia"ya istinadən xəbər verir ki, o, Zəngəzur mis-molibden kombinatının gözətçisini "qətlə yetirməkdə təqsirləndirilib".

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.

Nəşr edilib : 21.06.2023 17:22