AZ EN RU

Ermənistana məxsus PUA-nın idarəetmə stansiyasının məhv edilməsinin görüntüləri yayılıb

Xəbər verdiyimiz kimi, sentyabrın 2-də səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın səyyar yerüstü idarəetmə stansiyasının məhv edilməsinin görüntülərini təqdim edir.

Nəşr edilib : 02.09.2023 14:21