AZ EN RU

Ermənistan XİN rəhbəri ABŞ dövlət katibinin müavini ilə görüşüb

İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Asiya işləri üzrə müavini Ceyms O`Brayn arasında görüş keçirilib.

Məlumatı “Sputnik Armenia” yayıb.

Bildirilib ki, iyunun 11-də ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclası keçiriləcək.

Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi məsələsi, eləcə də, növbəti addımlar müzakirə olunacaq. O'Brayn həmçinin ABŞ-nin Ermənistan və Azərbaycan arasında uzunmüddətli və layiqli sülh sazişinin əldə edilməsinə dəstəyi, o cümlədən Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsini müzakirə etmək niyyətindədir.

Nəşr edilib : 11.06.2024 10:51