AZ EN RU

Ermənistan XİN: Azərbaycanla sülh sazişinə dair sənəd üzrə vahid mətnə nail olacağımıza ümid edirik

Ermənistan və Azərbaycan arasında sülh sazişinə dair sənədin mətninin razılaşdırılması üzrə işlər davam edir.

Bu barədə “24News” portalına müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Onun sözlərinə görə, hələ də bəzi fikir ayrılıqlarının olmasına baxmayaraq, vahid mətnə ​​nail olmağın mümkün olacağına ümid var:

“Görüşlərdə biz hər iki tərəfin mövqelərini yaxınlaşdırmağa çalışırıq”.

Nəşr edilib : 23.05.2024 12:21