AZ EN RU

Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter ələ keçirilib

Sentyabrın 20-si saat 10:00 radələrində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək xüsusi texniki vasitələrlə endirilib.

Nəşr edilib : 20.09.2023 10:23