AZ EN RU

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Nəşr edilib : 02.09.2023 12:17