AZ EN RU

Ermənistan şərti sərhəddə yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır

Azərbaycanla Ermənistan arasında şərti sərhədin müxtəlif hissələrində, xüsusən də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələri yeni hərbi infrastrukturun yaradılması istiqamətində intensiv işlər aparır.

Bu barədə "Caliber.az" öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edək ki, bütün bunlar Ermənistan tərəfinin son həftələr ərzində silahlı qüvvələrin sərhəddə cəmləşdirilməsi və növbəti hərbi təxribatın hazırlanması istiqamətində hərəkətlərinin məntiqinə uyğun gəlir. Paşinyanın “sülh gündəmi” belədir.

Nəşr edilib : 04.04.2024 20:18