AZ EN RU

Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

İrəvan Fələstinin müstəqilliyini tanıdığını elan etdikdən sonra Ermənistanın İsraildəki səfiri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İsrail XİN-in mətbuat xidməti məlumat yayıb.

“İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini şiddətli töhmət vermək üçün çağırıb”, - məlumatda belə deyilir.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb ki, İrəvan beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək, Fələstin dövlətini tanıyır.

Mayın 10-da BMT Baş Assambleyası Təhlükəsizlik Şurasına Fələstinin dünya təşkilatının tamhüquqlu üzvlüyünə qəbulu məsələsinə yenidən baxmağı tövsiyə edən qətnamə layihəsini qəbul edib. Layihəni BMT-nin 143 ölkəsi dəstəkləyib.

Nəşr edilib : 21.06.2024 14:12