AZ EN RU

Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı olmadığını elan edib

Ermənistan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı deyil.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan parlamentin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan delimitasiya prosesinə Tavuş vilayətindən və 4 kənddən başlamağa hazırdır: “Delimitasiya və demarkasiya təhlükəsizliyi təmin etməyəcək. Lakin bu proses olmasa, təhlükəsizlik təhdidləri getdikcə artacaq”.

Nəşr edilib : 10.04.2024 11:38