AZ EN RU

Ermənistan parlamenti Azərbaycanla sərhəddə Aİ missiyasının statusu haqqında razılaşmanı ratifikasiya edib

"Şərq qapısı" qəzeti TASS-a istinadən xəbər verir ki, 57 deputat sənədin lehinə səs verib, əleyhinə isə heç bir səs verilməyib. 27 deputat bitərəf qalıb.

Razılaşma Aİ-nin Ermənistandakı missiyasının fəaliyyətini tənzimləyir, missiyaya və onun şəxsi heyətinə şamil edilir və bu ölkədəki missiyanın funksiyalarını müəyyən edir.

Nəşr edilib : 20.03.2024 11:36