AZ EN RU

Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib

Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının (Aİ) mülki missiyasının göndərilməsinə razılıq verib.

Bu barədə Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda qəbul edilmiş bəyanatda deyilir.

Həmçinin qeyd edilir ki, Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb 2 ay müddətinə başa çatdıracaq.

Nəşr edilib : 07.10.2022 11:30