AZ EN RU

Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək

Yanvarın sonunda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası olacaq.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

Qeyd edək ki,b iki ölkənin baş nazir müavinlərinin iştirakı ilə görüş 2023-cü ilin noyabrın 30-da baş tutub.

Nəşr edilib : 08.01.2024 23:33