AZ EN RU

Ermənistan Araz çayı üzərində bəndin tikilməsini Türkiyə ilə razılaşdıracaq

Bu barədə erməni kütləvi informasiya vasitələrinə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, hazırda layihə sənədlərinin kordinasiyası üçün Rusiya sərhəd qoşunlarının rəhbərliyi ilə danışıqlar aparılır və zərurət yaranarsa Türkiyə tərəfi ilə də müzakirələr aparılacaq. Onlar başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq.

Qeyd edək ki, Ermənistan tərəfində qanunsuz qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və təxminən 400 hektar ərazisi olan ada yaranıb. Problemlərin qarşısını almaq üçün nazirlik suyu əvvəlki məcrasına yönəltmək üçün çayın hazırkı yatağında uzunluğu təxminən 130 metr və dərinliyi 8 metr olan bənd tikməyi təklif edib.

Nəşr edilib : 13.01.2024 14:28