AZ EN RU

“Erkən nigah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir

Babək rayon Şəkərabad kəndində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova çıxış edərək erkən nigahın xüsusilə yetkinlik yaşına çatmayan qızlar arasında yaratdığı fiziki və psixoloji fəsadlarla yanaşı, təhsildən yayınma və hüquq pozuntuları barədə, dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində erkən nigahların qarşısının alınması və uşaq hüquqlarının müdafiəsi istiqamətində təqdirəlayiq və əhəmiyyətli tədbirlərdən danışmışdır.

Daha sonra  Babək Rayon Polis İdarəsinin əməkdaşı Kamran Gözəlov və Babək Rayon Nehrəm qəsəbə xəstəxanasının həkimi Siddiqə İsmayılova çıxış etmişlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 11.09.2023 16:11