AZ EN RU

Ərdoğan: "Zəngəzur dəhlizinin açılması Ağrı şəhərinin əhəmiyyətini artıracaq”

"Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Hamur-Tutak-Patnos avtomobil yolunun açılışı mərasimində çıxışı zamanı deyib.

“Azərbaycanlı qardaşlarımızın torpaqlarının uzun illər işğal altında qalmasının səbəbi bəzi ölkələrin səssizliyidir”, - dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Türkiyənin Ağrı şəhərinin əhəmiyyətini artıracaq: “Əlbəttə, bunun üçün ölkəmizdə də sabitliyin olması vacibdir".

Ərdoğan həmçinin bildirib ki, terror problemi Türkiyənin mövcud resurslarından istifadə etməsinə mane olur.

Nəşr edilib : 01.12.2022 17:18