AZ EN RU

Ərdoğan: “Zəngəzur dəhlizi ilə bağlı hansısa çətinlik görmürəm”

“Zəngəzur dəhlizinin açılması ilə bağlı hansısa çətinlik görmürəm”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Çexiyanın paytaxtı Praqada keçirdiyi görüşləri xatırladıb: “Orada Azərbaycan Prezidenti İlham Əliyev, Macarıstanın Baş naziri Viktor Orban və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdük. Sonra da heyətlərarası görüş oldu. Bu məsələlər barədə danışdıq”.

Nəşr edilib : 14.10.2022 14:51