AZ EN RU

Ərdoğan və Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsinin sosial media hesabında paylaşım edilib. 

Paylaşıma görə, prezident Ərdoğan Moskvada baş verən terror aktına görə Putinə dərin hüznlə başsağlığı verib.

Günahsız insanları alçaqcasına hədəf alan iyrənc terror aktını ən sərt şəkildə qınayaraq, Rusiya xalqına başsağlığı və səbr diləyən prezident Ərdoğan, hücumun bölgədəki böhranların tezliklə sülh yolu ilə sona çatmasının vacibliyini ortaya qoyduğunu vurğulayıb.

Prezident Ərdoğan Türkiyənin Rusiya ilə ayrı-seçkilik etmədən hər cür terrora qarşı mübarizə anlayışı ilə terrorla mübarizə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Nəşr edilib : 23.03.2024 21:47