AZ EN RU

Ərdoğan: Ukraynada nizamlanma ancaq danışıqlar yolu ilə mümkündür

Danışıqlar Ukraynadakı münaqişənin həllinin yeganə yoludur.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekununda deyib.

“Rusiya-Ukrayna müharibəsi də gündəliyimizdə idi. Mən bir daha qeyd etdim ki, Ukraynada hərtərəfli sülh yalnız danışıqlar yolu ilə mümkündür. Biz Ukraynanın ərazi bütövlüyünün qorunması zərurəti ilə bağlı mövqeyimizi təsdiqlədik. Münaqişənin sülh yolu ilə həllinin vacibliyinə əmin olduğumuzu bildirdik”, - o qeyd edib.

Nəşr edilib : 13.06.2024 18:45