AZ EN RU

Ərdoğan: “Həm Putin, həm də Zelenski ilə təmasdayıq”

“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə dialoq və təmasdayıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib.

“Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”, - dövlət başçısı vurğulayıb.

O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyası aparmaqla onun məsələlərə münasibətini öyrənəcək.

Nəşr edilib : 16.02.2022 15:35