AZ EN RU

Ərdoğan: "Dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”

“Coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə qarşı-qarşıyayıq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, zəlzələnin təsirləri 10 vilayətdə hiss olunur: “Çətin hava şəraitinə baxmayaraq, xilasedicilər fədakarlıqla fəaliyyət göstərir. Çətin şərtlərə baxmayaraq, dövlətimizin bütün imkanları və könüllülərin də dəstəyi ilə axtarış-xilasetmə tədbirlərini davam etdiririk”.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik matəm elan edib.

Nəşr edilib : 07.02.2023 17:04