AZ EN RU

Ərdoğan: Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınması istiqamətində işlərimizi davam etdiririk

Biz tarixi İpək Yolunu relslər üzərində canlandıran orta dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınması istiqamətində işlərimizi davam etdiririk.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.
"Türkiyə-Gürcüstan əlaqələrinin mühüm sütununu regional əməkdaşlıq layihələri təşkil edir. Biz nəqliyyat və enerji layihələri üzərində işləmək istəyimizi təsdiq etdik", - Ərdoğan deyib.

Nəşr edilib : 16.05.2024 19:49