AZ EN RU

Ərdoğan: Azərbaycanla “KAAN” təyyarəsi ilə bağlı imzalanmış müqavilə həmrəyliyin yeni nişanəsidir

Azərbaycanla milli döyüş təyyarəsi “KAAN” ilə bağlı imzaladığımız layihə ortaqlığı razılaşmasını iki ölkə arasındakı həmrəyliyin yeni nişanəsi olaraq görürük.

Bu barədə İstanbul şəhərində keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin bağlanış mərasimində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Nəşr edilib : 28.07.2023 16:38