AZ EN RU

E.R.Bəşirovun Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Elçin Raqub oğlu Bəşirov Azərbaycan Respublikasının Tailand Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyul 2024-cü il

Nəşr edilib : 02.07.2024 14:10