AZ EN RU

ENNA məhsulları Moskvada keçirilən Beynəlxalq Qida Sərgisində nümayiş olunub

    Rusiyanın ən böyük ticarət, sərgi və biznes mərkəzinin  “Kroks Ekspo” Ticarət-Sərgi Salonunda baş tutan tədbirdə,  ümumilikdə, 39 ölkə və Rusiyanın 56 regionu iştirak edir. “32-ci Payız Beynəlxalq Qida məhsulları” sərgisi WORLDFOOD MOCKOW 2023 salonunda yerləşdirilən stentdə  Qafqazın ilk enerji içkiləri istehsalçısı olan ENNA Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan “PlusOver”, “Dinamit”, “Buz Tea” içkiləri nümayiş olunub. Sərgidə məhsulların tanıtımı həyata keçirilib. 20 000-dən çox ziyarətçinin olduğu sərgidə potensial müştərilərlə danışıqlar aparılıb.
    Belə sərgilərdə ardıcıl iştirak etməkdə məqsəd Azərbaycan məhsullarının Rusiya bazarında yer alması, ixracın artırılması və Azərbaycan brendinin dünyada tanıdılmasıdır.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.10.2023 21:25