AZ EN RU

Energetika infrastrukturunda yaranan fəsadlar aradan qaldırılır

Muxtar Respublika ərazisində 26 iyun 2024-cü il tarixində axşam saatlarından başlayaraq güclü külək və leysan yağışları ilə müşahidə olunan qeyri stabil hava şəraiti Energetika Xidmətinin elektrik təsərrüfatında bir sira ciddi fəsadlar törətmişdir.         

Güclü külək nəticəsində Naxçıvan şəhəri daxilində və Qaraçuq, Bulqan, Qaraxanbəyli, Tumbul, Hacıniyyət kəndlərində, Şərur rayonunun     Kərimbəyli, Axaməd, Maxta, Düdəngə, Zeyvə, Mahmudkənd, Siyaqut, Tənənəm, Oğlanqala, Məmmədsabir, Muğancıq Mehrab, Muğancıq Müslüm, Qarxun, Yengicə, Yuxarı Daşarx, Alışar, Çomaxtur, Xələc, Tumaslı, İbadulla və Qışlaqabbas kəndlərində, Babək Rayonunun Şıxmahmud, Güznüt, Qoşadizə, Şəkərabad, Nehrəm, Vayxır kəndlərində, Sədərək rayonunun Sədərək, Dəmirçi və Qarağac kəndləri, Heydərabad qəsəbəsində həmçinin, Kəngərli Rayonunun Şaxtaxtı, Qarabağlar, Çalxanqala kəndlərində dam örtüklərinin və iri gövdəli ağacların yüksək, orta və aşağı gərginlikli elektrik verilişi xətlərinin üzərinə aşması qəza açılmalarına səbəb olmuş, adı çəkilən bir sira kənd və qəsəbələrdə elektrik verilişi xətlərində qısa müddətli fasilələr yaranmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən ərazilərə əlavə mal - material və texnika ayrılmış,   mühəndis-texniki heyət gücləndirilmiş iş rejimi ilə işləyərək elektrik infrastrukturunun bərpası istiqamətində zəruri tədbirləri görməklə əlverişsiz hava şəraitinin törətdiyi fəsadların böyük hissəsi operativ tədbirlər nəticəsində aradan qaldırılmış, abonentlər qısa zaman ərzində fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir.

Energetika Xidməti abonentlərindən xahiş edir ki, baş verən qəza və açılmalarla bağlı dərhal Xidmətin aşağıda fasiləsiz fəaliyyət göstərən yerli çağrı bölmələrinə məlumat versinlər.

 

  1. Naxçıvan şəhəri – (060) 3757519-növbətçi, (060) 3757518-mikrorayon    

      sahəsi, (060) 3757516-şəhər sahəsi

  2. Babək rayonu - (036) 5513902, (060) 3757550

  3. Ordubad - (036) 5570248, (036) 5570123

  4. Culfa rayonu - (036) 5460616, (060) 3757598

      Əbrəqunus kəndi - (036) 5463005      

  5. Şahbuz rayonu - (036) 5430368

  6. Kəngərli rayonu - (036) 5480143, (060) 3757554

      Qarabağlar kəndi-(036) 5487521, (060) 3757569

  7. Şərur rayonu - (036) 5422606 ; (036) 5422911

  8. Sədərək rayonu - (036) 5490625

Nəşr edilib : 28.06.2024 13:44