AZ EN RU

Endokrinologiyanın aktual problemlərinə həsr olunmuş tibbi konfrans olacaq

Naxçıvan Muxtar Respublikası Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Şəkərli diabet və arterial hipertenziya: müalicənin effektivliyini necə artırmaq olar? Endokrinoloq və kardioloqun baxışı" mövzusunda konfrans olacaq. 

Konfransda Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Əziz Əliyev adına ADHTİ terapiya kafedrasının müdiri, professor, tibb elmləri dosenti Valeh Mirzəzadənin "Şəkərli Diabet. Müalicə üsulları, normativ qaydalar və xəstələrə fərdi yanaşma", Azərbaycan Kardiologiya Cəmiyyətinin Sədri, Dr. Üzeyir Rəhimovun "Şəkərli Diabet və Arterial hipertenziyanın müalicəsində əsas hədəflər və onlara aparan yollar" mövzularında çıxışları olacaq.

 Sonra sual-cavab əsasında müzakirələr aparılacaq.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.11.2023 09:52