AZ EN RU

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib 

2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildiirlib.

Hərbi qulluqçular müxtəlif mərhələlərdə “Rahat olmayan vəziyyətdən atış”, “Snayper müdafiədə”, “Snayper hücumda”, "Snayper estafeti” və digər mövzular üzrə çalışmaları yerinə yetiriblər.

Yarışın keçirilməsinin əsas məqsədi hərbi qulluqçuların hazırlıq səviyyəsinin yoxlanılması və Azərbaycan Ordusunda ən yaxşı snayperin müəyyən olunmasıdır.

https://youtu.be/wdpMYKkVyJs

Nəşr edilib : 29.04.2024 10:33