AZ EN RU

Ən çox qar Ordubad və Şahbuz rayonlarına yağıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Şərq qapısı” na verilən məlumata görə, ən çox qar düşən ərazilər Ordubad və Şahbuz rayonlarında  müşahidə olunub. Yanvarın 24-ü saat 09:00-a olan məlumata əsasən, qarın hündürlüyü Nürgütdə(Ordubad) 49 sm, Parağaçayda(Ordubad) 37 sm, Küküdə(Şahbuz) 58 sm, Biçənəkdə(Şahbuz) 29 sm, Ərəfsədə(Culfa) isə 17 sm-dir. Ayrı-ayrı yerlərdə intensiv olub.  
Qeyd edək ki, qar örtüyünün hündürlüyü Naxçıvanda 8 sm, Şahbuzda 12 sm, Şərurda 5 sm, Ordubadda 4 sm, Culfada 1 sm, Kəngərlidə 6 sm, Sədərəkdə 6 santimetr olub.

Nəşr edilib : 24.01.2024 14:34