AZ EN RU

Əmrah Nağıyev Trabzon marafonunun ilk onluğunda

Trabzon Böyükşəhər Bələdiyyəsi tərəfindən Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə 43-cü Beynəlxalq Trabzon Yarı Marafonu təşkil edilib. Marafon çərçivəsində xalq qaçışı, uşaq qaçışı, 10 km və 21 km (yarı marafon) məsafələrə qaçış yarışları keçirilib.

Trabzondakı ənənəvi idman tədbirinə ikinci dəfə qatılan Naxçıvan idmançısı Əmrah Nağıyev 10 km (10548 m) məsafə üzrə yarışıb. İdmançı finişədək 40 dəq 40 saniyə vaxt sərf edib. Bu göstərici ilə 6-cı olan Əmrah iştirak etdiyi marafonlarda ikinci dəfə ümumi sıralamada onluğa düşməklə şəxsi rekordunu da yeniləyib. Belə ki, Əmrah 2019-cu il Bakı marafonunda 7-ci yerə sahib çıxmaqla yaş kateqoriyası xaricində ən yaxşı nəticəsinə nail olmuşdu.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 30.10.2023 20:42