AZ EN RU

Əmrah Nağıyev şəxsi nəticəsini yeniləyib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda, Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika üzrə 26-cı beynəlxalq turnir keçirilir. Yarışa Azərbaycan, Türkiyə, Gürcüstan, Qırğızıstan və Omandan olan atletlər qatılıb.

Turnir çərşçivəsində qaçış yarışlarında iştirak edən Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev 2 medal qazanmağa müvəffəq olub. Atletimiz 1500 metr məsafəyə qaçış növündə 4 dəqiqə 28.50 saniyə, 3000 metr məsafədə isə 9 dəqiqə 43.97 saniyə vaxt sərf etməklə rəqiblərini geridə qoyub. Bununla da təmsilçimiz hər iki məsafədə qızıl medal qazanıb və ötənilki nəticəsini (1 qızıl, 1 gümüş) yaxşılaşdırıb.  

Qeyd edək ki, turnir Dünya Atletikasının Qlobal Təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması, qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı baxımından yüksək dəyərləndirilir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 12.06.2023 17:41