AZ EN RU

Əmrah Nağıyev marafon qalibi olub

Masallı şəhərində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluş yürüşü 2023” adlı marafon keçirilib. Yarış iştirakçıları Heydər Əliyev parkından  başlayaraq şəhər ərazisi üzrə 10 km məsafəni qət etməklə təyin olunan finiş xəttinə yaxınlaşıblar. İştirakçılar arasında rəsmilər, ictimaiyyət nümayəndələri, müxtəlif  yaş kateqoriyasına mənsub vətəndaşlar, o cümlədən idmançılar olmaqla, ümumilikdə 1000-ə yaxın insan olub. 

 

Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev finişə bütün rəqiblərindən öndə çataraq marafonun qalibi adına sahib çıxıb. 

Xatırladaq ki, bu nəticə istededlı idmançının cari aydakı ikinci uğurudur. Əmrah 9-10 iyun tarixlərində Əfqan Səfərovun xatirəsinə həsr olunmuş atletika üzrə 26-cı beynəlxalq turnirdə iki qızıl medal qazanmağa müvəffəq olmuşdu.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 23.06.2023 17:44