AZ EN RU

Əminə Ərdoğan Hatayda baş verən yeni zəlzələlərlə bağlı paylaşım edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan sosial media hesabından Hatayın Defne və Samandağ rayonlarında baş verən yeni zəlzələlərlə bağlı paylaşım edib.

Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, paylaşımda deyilir:

“Hatayda baş verən və ağrılarımız təzə ikən ətraf şəhərlərimizdə də hiss olunan zəlzələ xəbərinə dərindən kədərləndim. Zərərçəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram. İnşallah, can itkisi olmaz və yaralı vətəndaşlarımızın tezliklə şəfa tapmasını arzulayıram”.

Nəşr edilib : 21.02.2023 09:35