AZ EN RU

Emin Əmrullayev: Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb

Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb. Bunu jurnalistlərə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin sayı qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur: “Bütün müəllimlərin suala yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır. Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlərin əməkhaqqına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlər az bir qismi əhatə edir. 2022, 2023, 2024-cü illərdən bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib”.

Nəşr edilib : 14.06.2024 12:29