AZ EN RU

Emin Əmrullayev: Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb

Ümumi sertifikasiyada iştirak edən müəllimlərin 88 faizi uğur qazanıb.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2022-2023, 2023-2024-cü illərdən bu günə qədər 40 min 600 müəllim sertifikasiyadan keçib.

Nazir vurğulayıb ki, yüksək nəticə göstərən müəllimlərin sayı sertifikasiyada qənaətbəxş nəticə göstərməyənlərdən iki dəfə çoxdur:

"Bütün müəllimlərin suala yanlış cavab verməsi ilə bağlı yayılan fikirlər yanlışdır. Hamısı zəif nəticə göstərməyib. Yüksək nəticə göstərən müəllimlər əməkhaqqısına 10-35 faiz əlavə edilib. Cəmiyyətin müzakirə etdiyi müəllimlər az bir qismi əhatə edir. Müəllimlərin 90 faizinin nəticəsi qənaətbəxşdir".

Nəşr edilib : 14.06.2024 12:24