AZ EN RU

Emin Əmrullayev: Texniki fənlərin tədrisi ilə bağlı praktiki tədqiqat yoxdur

Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var. Nöqsanları tədris bacarıqları yüksək olan tərəfə çevirməliyik.

"Şərq qapısı" məlumat verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkədə texniki fənlərin tədrisi ilə bağlı praktiki tədqiqat yoxdur: "Demək olar ki, ancaq bir-birini təkrarlayan şablon tədqiqatlar var. Hələ də 70-ci illərdən qalan metodik kitabçalara əsaslanan dərsliklər hazırlanır. Dərsliklərin yazılması və mübahisələrin böyük hissəsi də bununla əlaqədardır.

Nəşr edilib : 01.07.2024 11:44