AZ EN RU

Emin Əmrullayev İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

İyulun 18-də elm və təhsil naziri Emin Əmrullayev İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Steyli ilə görüşüb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektivləri müzakirə edilib.

Nəşr edilib : 18.07.2024 17:08