AZ EN RU

Emin Əmrullayev: Hazırda məktəblərdə qızılca ilə bağlı qapanmanın tətbiqi gözlənilmir

Hazırda əlimizdə olan məlumatlara əsasən, məktəblərdə qızılca ilə bağlı qapanmanın tətbiqi gözlənilmir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. O bildirib ki, əgər təhlükəli vəziyyət yaranarsa, məktəblərdə bir, yaxud ikihəftəlik qapanmalara gedilə bilər.

“Məktəblərdə Səhiyyə Nazirliyinin və Gigiyena və Epidemiologiya mərkəzlərinin statistikasına əsasən, xəstəliyə yoluxma halları azdır.

Əgər valideyn övladında xəstəlik əlamətləri müşahidə edirsə, onun poliklinikaya müraciət etməsi tövsiyə olunur.

Hazırda əksər məktəblərdə xəstəliyə yoluxma ilə bağlı hansısa ciddi problem müşahidə etmirik.

Valideynin övladını peyvənd etdirməsini tövsiyə edirik. Şagirdlərin qısa zaman ərzində, xüsusilə də aşağı yaşlarda peyvənd olunmasını sürətləndirmək lazımdır”, - deyə nazir qeyd edib.

Nəşr edilib : 30.11.2023 17:36