AZ EN RU

Emin Əmrullayev: Daha çox elmi tədqiqat istəyiriksə, yeni maliyyələşmə forması hazırlanmalıdır

Ali təhsil müəssisələrindən daha çox elmi tədqiqat aparmalarını istəyiriksə, maliyyələşmə formasına yenidən baxılmalıdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, hazırda bu istiqamətdə işlər görülür: "Hesab edirəm ki, növbəti tədris ilində yeni formula haqqında danışa biləcəyik. Bununla bağlı sıx iş gedir".

Nəşr edilib : 23.05.2024 10:51