AZ EN RU

Emin Əmrullayev: Azərbaycan ali təhsil müəssisələrinin elmi-tədqiqat komponenti aşağıdır

Bugünkü həqiqət odur ki, Azərbaycan ali təhsil müəssisələrinin elmi-tədqiqat komponenti aşağıdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, bu istiqamətdə mühüm işlər görülür və dinamika müsbətdir:

"Amma hətta son 10 ildə əldə olunan nəticələr belə qarşıda hələ uzun yolun olduğunu göstərir. Bu yolu getməkdən başqa çarəmiz də yoxdur. Son aylarda bir sıra elmi tədqiqat institutları ilə universitetlər arasında əməkdaşlıq memorandumu imzalanır. İnanıram ki, yaxın gələcəkdə nəticələr görə biləcəyik".

Nəşr edilib : 23.05.2024 11:37